AzTV sədrinin ermənilərə olan sevgisinin ŞOK GÖRÜNTÜLƏRİ

AzTV sədrinin bu bədnam ermənilərə qəribə düşkünlüyü var. Bu adam ermənilərə əməlli başlı onlara simpatiya bəsləyir. Səbəbini xeyli araşdırdıq. Çox dərinliklərə getdik. Amma bu araşdırmalarda bəzi incə məsələlər olduğu və işimizi tam yekunlaşdırmadığımız üçün hələlik bu barədə susuruq. Amma Rövşənin ermənilərə bəslədiyi sevgisinin gözlə görünən və bir çoxlarımızın fərq etmədiyi faktlar üzərində bəzi gəzişmələr etmək istəyirik. Beləki, bu adam AzTV-yə rəhbər gələr gəlməz böyük-böyük danışmağa başladı ki:”Mən AzTV-ni CNN, Əl-Cəzirə səviyyəsinə qaldıracam”. Amma o zaman ondan soruşan olmadı ki”Nəynən, a Cəbrayıl”.

Çünki, Rövşənin televiziyada islahatlar aparmağa nə fərdi keyfiyyətləri imkan vermir, nə də ki, sağlam və savadlı komandası var. O, ilk gündən kollektivdəki peşəkarları inkar edərək ətrafına dost-aşnasını topladı. Gələnlər də yeni ideyalarla deyil, yeni hədəflərlə gəldi. Yəni ki, “Rövşənin hesabına nə qazana bilərik”. Beləcə, gələnlər öz hədəflərinə çatdı. AzTV-ni çapıb talayıb özlərinə var dövlət yığdılar. Rövşən də boş dayanmadı. Milyonları qısa zamanda həz-rabedən keçirdi. Və milyonların parıltısı onun gözünü o qədər qamaşdırdı, ağlını başından çıxartdı ki, verdiyi vədləri belə unutdu. Başladı Türkiyənin, Rusiyanın, ən dəhşətlisi isə Erməni televizyalarının tör-töküntülərindən faydalanmağa. Bax, bizim üçün də maraqlı olan da Rövşənin erməni televiziyalarından faydalanma həvəsidir. Rövşən televiziyada etdiyi ilk yenilik. AzTV-nin loqosunun dəyişdirilməsi oldu. Bu dəyişdirilmə prosesi üçün büdcədən bir ətək pul silindi.  Loqo dəyişdi, sifarişli təriflər yağdırıldı, Rövşən də məmnun-məmnun gülümsədi. Ancaq bir müddət keşmiş bəlli oldu ki, AzTV-nin loqqosu hansısa erməni televiziyasından çırpışdırılıb.

Bununla bağlı foto-video faktları bir müddət əvvəl dəyərli oxucularımızın diqqətinə çatdırmışıq. Ona görə də təkrarçılığa lüzum görmürük. Amma bizim üçün təəccüblü odur ki, bu biabırçılıq ictimailəşəndən sonra Rövşənin heç tükü də tərpənmədi. Əksinə, elə bil xalq yanıq verdi ki:”Əcəb eləyirəm. “Burda mənəm, Bağdadda kor Xəlifə”. Erməni loqosudur lap əla. “Zato” mən bu loqonu bəyənirəm”.

Təbii ki, ixtiyar sahibi olduğu üçün Rövşənə bir söz deyə bilmərik. Amma onun ermənilərə olan sevgisi bizi narahat edir. Çünki, o sıradan bir xəbər portalının deyil, milli dəyərlərimizin daşıyıcısı və dövlətimizin əsas ideoloji ruporu olan bir televiziyananın rəhbəridir. Ona görə də onun ermənilərə olan segisinə qarşı çıxmaq hər bir azərbaycanlı kimi bizim də borcumuzdur.

Apardığımız son araşdırmalar nəticəsində bəlli olub ki, Rövşən təkcə loqonu ermənilərdən əxz eləməyib. O, ermənilərin “kreativ düşüncələrindən”  demək olar ki, hər gün faydalanır. Hazırda AzTV-də yayımlanan verilişlərin bir çoxunun başlıqları və musiqiləri erməni televiziyalarından çırpışdırılıb.

Məsələn, Rövşən sədr olan kimi ilk dəyişdirdiyi AzTV-nin “Xəbərlər”inin “şapkas”ı və musiqisi oldu. Halbuki, bu musiqi erməni diasporunun müstəqil televiziyasındakı verilişin “şapkası”ndakı musiqi ilə eynidir. İnanmırsınız? Buyurun baxın. Bu AzTV-nin “Xəbərlər”i:

Bu da erməni televiziyasını buraxılışı:

Hələ bu harasıdır. Rövşənin erməni dəyərlərinə sevgisi bununla bitmir. Rövşənin bəh-bəhlə təriflədiyi və AzTV-nin ağır artileriyası sayılan “Əsas məsələ” verilişinin başlığının musiqisi də ermənilərdən çalıntıdır.

Buyurun baxın:

Bütün bunlar onu sübut edir ki, Rövşən yerində olmayan kadrdır.Onun televiziya ilə bağlı bütün fikirləri oğurluq və plagiatdır. Və ən pisi də odur ki, bu oğurluqlar dünyanın aparıcı televizyalarından deyil, ermənilərin tör-töküntüsündəndir.

Bu yerdə özündən razı Rövşənə bir xatırlatma etməyi vacib bilirik. Beləki, illər boyu AzTV-nin “Xəbərlər” proqramının və əsas verilışlərinin başlıqlarının musiqisi Azərbaycanın tanınmış bəstəkarları tərəfindən yazılıb. Tək bir faktı deyək ki, 2019-cu ilədək AzTV-də yayımlanan “Xəbərlər”in və digər siyasi verilişlərin musiqisini tanınmış bəstəkar Eldar Mansurov yazıb. Buna görə də ona qonarar hesablanıb. Bu da kiminsə istəyi ilə olmayıb. Bu milli və strateji məsələ olduğu üçün AzTV rəhbərliyi hər zaman buna həssaslıqla və məsuliyyətlə yanaşıb.Amma AzTV-nin indiki rəhbəriyində məsuliyyət və milli təəssübkeşlik olmadığı üçün bu işi tapşırıb özünün biznes şəriki olan Ranar Musayevə. Ranar da ki, internetdən tapdığı “tempovoy” musiqiləri od qiymətinə AzTV-yə sırıyıb.

İndi Rövşən və yaxud Ranar bizə sübut edə bilərmi ki, AzTV-də yayımlanan ictimai-siyasi verilişlərin başlığındakı musiqi “erməni soyqırım”na bəstələnmiş hansısa mahnının,simfonik əsərin bir parçası və yaxud santrekti deyil.

Axı, AzTV elə bir statusa malikdir ki, orada yayımlanan istənilən musiqi və xəbər dövlətin mövqeyi kimi qəbul edilir. Elə isə bu həssas və strateji məsələyə Rövşən niyə bu cür yanaşır? Cavablar çox ola bilər. Bizimsə yəqinimiz budur ki,Rövşən ermənilərə xüsusi simpatiya bəsləyir.

Fikrimizin sübutu üçün dəyərli oxucularımıza daha bir videogörüntü təqdim edirik:

Yayımın tarixinə fikir verdiniz? İkinci Qarabağ savaşının ən qaynar vədəsidir. Hər gün onlarla şəhid gəlir, yüzlərlə əsgərimiz yaralanır, Gəncənin, Goranboyun, Tərtərin, Ağdamın, Bərdənin, Ağcabədinin və digər bölgələrimizin dinc əhalisi raket atəşinə tutulur. Belə bir vaxtda isə AzTV-nin sədri efirdən Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyanı Azərbaycana dəvət edir. Onunla dinc və mehriban qonşuluq şəraitində yaşamaq istəyini dilə gətirir. Hansı əsasla? Axı, o Şuşan son 30 ildə 30 mindən artıq soydaşımızın ölümünə səbəb olan, 800 mindən artıq insanın 10 illər boyu dədə-baba ocaqlarından didərgin düşməsinə biləvasitə səbəb olan erməni ordusunun əsgəridir.Bəs düşmən əsgərini Azərbaycana dəvət edən Rövşən bəyəm şəhidlərin qanından, itkinlərimizin ahından, qazilərimizin qəzəbindən və ən nəhayət Azərbaycan xalqının nifrətindən qorxmadımı? Yəqin ki, yox. Əks təqdirdə Rövşən belə bir çıxış ərz eləməzdi. Amma neyniyək ki, sevgi sərhəd tanımır. Rövşənin ermənilərə olan tükənməz sevgisi onu istənilən addımı atmağa vadar edir.

Bəlkə də kimsə deyə bilər ki, bu cür çıxış Rövşənin siyasi səbatsızlığından irəli gəlir. Amma yuxarıda sadaladığımız faktlar onu göstərir ki, bu bir yanlışlıq və səbatsızlıq nümunəsi deyil. Bu AzTV sədrinin mənfur ermənilərə coşub-daşan və tükənmək bilməyən sevgisinin nəticəsidir. Vəssəlam.

Bakuexo.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest