AzTV-nin stol üstündə rəqs edən rəhbərləri haqqında ballada

Bu günlərdə qələm dostum Fadil Paşayevin Facebook səhifəsində bir paylaşımına rast gəldim. Paylaşıma xeyli diqqət elədim. Baxdıqca heyrətləndim, heyrətləndikcə iyrəndim, iyrəndikcə utandım.

Ona görə heyrətləndim ki, videodakı “qəhrəman” dövlətimizin ideoloji mərkəzi olan və xalqın “ana televiziya”  saydığı AzTV-nin rəhbər şəxslərindən biri idi.

İyrəndim ona görə ki, 65 yaşlı televiziyanın( İdman TV, Mədəniyyət TV –də bura daxildir) və 95 yaşlı radionun bədii rəhbəri stolun üstünə çıxıb göbək atırdı.

Utandım ona görə ki, ömrümün 26 ilini keçirdiyim,  çox böyük şəxsiyyətlərlə tanış və ünsiyyətdə olduğum və yaxınlarıma bu məbəddəki ədəb-ərkandan hər zaman ağız dolusu danışdığım qocaman kollektivdə elə bir acı mənzərə ilə rastlaşdım. Və yəqin ki, bu xəcaləti hələ uzun müddət məni tərk etməyəcək.

Yaxşı ki, hal əhli olan həmkarlarımının bir çoxu məndən qabaq Fadil bəyin paylaşımına öz münasibətlərini bildirmişdilər. Məsələn, hörmətli Şöhrət Eldəniz yazır ki: “Smayk tapmadım qoyam. Ənvər Əlibəyli, Nəsir Imanquliyev, Qurban Yusifzadə, Elşad Quliyev kimi ziyalıların goru çatdamasın neynəsin?!”

Digər şərhləri yazmıram. Ona görə ki, digər fikirlər çox kəskin və senzuradan kənardır.

İndi isə gələk bəhs elədiyimiz paylaşıma. Buyurun baxın:

Stol üstündə göbək atan bu adam Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin bədii rəhbəri Ranar Musayevdir.

Azərbaycan və türk mentalitetinə az-çox bələd olan adamlar bilir ki, hansı səbəbə görəsə ən ağır cəzaya məruz qalan kişiləri bir zamanlar stolun üstünə çıxardıb,rəqs etməyə məcbur edirdilər. “Oğru” qanunlarında bu ənənə bu gün də qalır. Stolun üstündə rəqs etməyə məcbur edilən adamın azacıq da olsa içində qeyrəti var idisə ordan düşəndən sonra intihar edirdi. Çünki, stolun üstündə oynamağın çox dəhşətli səbəbləri və nəticələri olurdu.

Amma AzTV-nin bədii rəhbərini stolun üstünə heç kim döyə-döyə çıxartmamışdı. O özü çıxmışdı. Tam könüllü. Doğrudur, Ranar ləçək taxmamışdı. Amma ləçəksiz də çox ehtiraslı görünürdü. Xalq artisti Briliant xanım demiş Ranar “maç-maç, quc-quc üçün daşa-divara sarılırdı. Və çəkinmədən deyir ki, “bu mənim həyat tərzimdir”.

Həyat tərzi stol üstündə oynamaq olan birisini nə qədər qınasaq da azdır. Amma ən böyük günah stol üstündə oynamağı özünün həyat tərzi bilən birisini Dövlət Televiziyasının ən üst vəzifəsinı daşıyan adamdadır. Bu adamsa AzTV-nin başqanı Rövşən Məmmədovdur. Zatən onun rəhbər gəlişindən sonra AzTV  Ranar kimi yüngül həyat tərzi keçirənlərin oylağına çevrildi. Ərindən qaçan, dədəsindən bezən, LGBT sıralarında “qürurla addımlayan”, qulağına- burnuna sırğa taxanlar üçün AzTV yeni “yaradıcılıq” meydanı oldu. İndi AzTV-nin dəhlizlərində “rituz”, çırıq şalvar geyinən “kişilərin dolaşması adi hal alıb.

Bütün bunlara isə Rövşən özü məqsədli şəkildə meydan verib. Çünki, o 5-ci kalondan gələn gələn tapşırıqları yerinə yetirir. 5-ci kalonun isə hədəfi Azərbaycanda milli-mənəvi dəyərləri məhv etmək, qiymətli mental xüsusiyyətlərin kökünü qaşımaqdır. Son 2.6 ildə Rövşən bu işin öhdəsindən layiqincə gəlib.

Rövşən stol üstündə oynamağı xoşlayanlara təkcə meydan verməyib. Həm də onlarla iş birliyindədir. Ranar Musayev və Nazilə Babayevanın əli ilə televiziyada yeni düzən yaradıb. Bu düzənsə birbaşa Azərbaycan mədəniyyətinin,əxlaqının və digər dəyərlərin birbaşa məhvinə “xidmət edir”. Son 2.6 ildə Rövşənin AzTV-yə pərçimlədiyi 300-ə yaxın adamın antopoloji quruluşuna və geyiminə baxarkən bir daha əmin olursan ki, Rövşən 5-ci kalonun ən nadir tapıntısıdır.

Rövşən stol üstündə oynayanlarla iş birliyinə girərək son 2 ildə dövlətin milyonlarını talayıb. Ranar Musayevlə birləşən Rövşən ciddi maliyyə pozuntularına imza atıb. Onların bir qismini təkrarən yada salmaq istəyirik.

Belə ki, tikintisinə 2019-cu ilin avqustunda bəşlanılan “Hədəf”, “Görüş yeri” və “Çıxışa doğru” studiyalarında işlər oktyabr ayında yekulaşdı və artıq elə həmin tarixdən etibarən hər üç studiyada verilişlər yayımlandı. Amma  2019-cu ilin 26 noyabrında Rövşən Məmmədovun imzası ilə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiə Komitəsinə yuxarıda adları qeyd olunan studiyaların inşaası ilə bağlı “Universal Poliqraf” MMC ilə birbaşa müqavilənin bağlanmasına icazə üçün məktub göndərilmişdir. Bununla da Azərbaycan Respublikası “Satınalınmalar haqqında” qanununa zidd olaraq (nəzərə alsaq ki, burada heç bir spesefiklik yoxdur, respublikada bu fəaliyyətlə məşğul olan yüzlərlə şirkət mövcuddur) heç bir açıq tender və katirovka sorğusu keçirilmədən AzTV və  “Universal Poliqraf” MMC arasında 160 min manat məbləğində birbaşa müqavilə imzalanmışdır. Məlumat üçün qeyd etmək lazımdır ki, yuxarıda adı qeyd olunan hər üç studiyanın tikintisi faktiki olaraq müxtəlif şirkətlərdən qanunsuz yolla nəğdləşdirilmiş 120 min manat pul vəsaiti hesabına AzTV-nin bədii rəhbəri olan Ranar Musayevin dostu Emil Mirzəyevin “Paradox” MMC şirkəti tərəfindən  inşa olunmuşdur. Buradan da göründüyü kimi “Universal Poliqraf” şirkətinin bu studiyaların tikintisində heç bir rolu yoxdur və bu şirkət vasitəsi ilə diğər bir çox şirkətlərlə olduğu kimi pul vəsaitlərinin nağdlaşdırılmasına gedilmişdir. Etibarlı mənbələrdən alınan məlumata görə bu şirkət heç zaman AzTV-nin ərazisində olmamışdır və inşa olnan studiyaların harada , hansı inzibati binada yerləsdiyini belə bilmir. Bundan əlavə bu 2020-ci il ərzində də keçmış ildə olduğu kimi təkrarən Ranar Musayev və Emil Mirzəyev birliyinə məxsus olan “Paradox” şirkəti ilə AzTV arasında yeni beş ədəd studiyanın tikintisi üçün birbaşa müqavilə bağlanmışdır.
AzTV-də baş verən qanunsuzluqlar bununla yekunlaşmır. Belə ki, cari və əsaslı təmir adı altında külli miqdarda pul vəsaitləri mənimsənilir.
Buna misal olaraq 2019-cu ildə  bir neçə fakt mövcuddur. Belə ki, Rövşən Məmmədovun təşəbbüsü va başçılığı ilə formal olaraq katirovka sorğusu keçirilmiş, 25 sentyabr 2019-cu ildə bu sorğunun nəticəsi olaraq “Piramida” MMC qalib edilmiş və onunla 48 min manat məbləğində müqavilə bağlanılmışdır. Lakin bir çox müqavilələrdə olduğu kimi göstərilən şirkət heç bir cari təmir aparılmadan 48 min manat mabləğ  nağdlaşdırılmış və Rövşən Məmmədovun “qara kassasına” daxil edilərək mənimsənilmişdir. Qeyd etmək lazımdır ki,  “Piramida” MMC-nin adı bir sıra qalmaqallarda və ciddi maliyyə pozuntularında hallanır.
R.Məmmədovun növbəti maxinasiyalarından biri AzTV-na “Kompyuter və televiziya avadanlıqlarının satın alınması” ilə bağlıdır. Belə ki, AzTV-nin “adətinə uyğun olaraq növbəti dəfə heç bir açıq tender elan etmədən birbaşa üsulla 06.04.2020-ci il tarixdə R.Məmmədovun yaxın qohumu Ramil Məmmədova məxsus “Elita Advestinq” MMC ilə 509 min 633 manat məbləğində müqavilə bağlanılmışdır. Belə ki, buradan da görmək mümkündür ki, heç bir açıq tender keçirilmədən birbaşa üsulla satınalma qanunvericiliyinə zidd olaraq (Nəzərə alsaq ki, bu sahədə bir çox şirkətlərin olmasına baxmayaraq) “Elita Advestinq” MMC ilə  qeyri-qanuni olaraq müqavilə imzalanmışdır. Qeyd etmək yerinə düşərdi ki, “Elita Advestinq” MMC ilə AzTV arasında ilk müqavilə deyil. Belə ki, 01.05.2019- cu il tarixdə Aztv və bu MMC arasında 240 min manat məbləğində müqavilə bağlanmışdır. Buradan göründüyü kimi bu MMC artıq ikinci ildir ki, AzTV-ni müxtəlif televiziya avadanlıqları və kompyuter texnikası ilə təchiz edir. Qeyd etmək lazımdır ki, bu yeganə fakt deyil, belə təkrar müqavilələr saysız hesabsızdır.

Bütün bu əməliyyatlarda əsas söz yiyəsi hər zaman Ranar Musayev olub. Ona görə ki, Rövşən ondan çəkinir. Çünki, Ranar hər yerdə deyir ki: “mən ailənin üzvləri ilə yaxınam”. Rövşən də bu yalanlara inanıb Ranarı özünün bir nömrəli adamı edib. Bu hesaba da Ranar həm pulunu qazanır, həm də bəzi müğənnilərlə stol üstündə rəqs edir.

Amma nə vaxta kimi? Bunu da yaxın günlərdə biləcəksiniz…

Bakuexo.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest