AzTV-nin dağılan tifağı və yaxud Rövşən Məmmədovun dağıtdığı MLLİ SƏRVƏT

Kiməsə elə gələ bilər ki, biz AzTV haqqında daha çox yazı dərc edirik. Ola bilər. Ona görə də bunun səbəblərini söyləyim.

Birincisi, ölkəmizdəki bütün orta və yaşlı nəsil AzTV qarşısında böyüyüb. Bu televiziyadan əxz etdiyi dəyərlər sayəsində həyatda müəyyən mövqe qazanıb. Ona görə də bu kateqoriyadan olan insanlar üçün AzTV xüsusi önəm daşıyır. Və uman yerdən küsən orta və yaşlı nəslin nümayəndələrinin arzu və istəklərini nəzərə alaraq biz AzTV-də baş verən prosesləri diqqətlə izləyirik.

İkincisi, bu gün Azərbaycan mətbuatında, xüsusilə teleməkanda özündən söz etdirən əksər jurnalistlər AzTV məktəbi keçib. O cümlədən, bəndeyi-fəqiriniz də…Ona görə də çoxları kimi mən də AzTV-ni özüm üçün doğma ev,isti ocaq bilirəm. Ömrümün ən yaxşı illərini bu qocaman məbədin divarları arasında keçirmişəm. Və qazandığın maddi və mənəvi dəyərlərə görə AzTV-yə borcluyam. Ona görə də AzTV –də cərəyan edən mənfiliklərə qarşı laqeyd qala bilmirəm.

Üçüncüsü, milli-mənəvi dəyərlərimizin sürətlə itirildiyi bir vaxtda hər bir vicdanlı azərbaycanlı ölkənin ən böyük ideoloji mərkəzi olan AzTV-dən nicat umur. Və nə yazıq  ki, milli-mənəvi dəyərlərimizin itirilməsinin qarşısında sipər olmalı olan AzTV əslində bu mənfi tendensiyanın aparıcı ruporuna çevrilib. Ona görə də Mirzə Cəlil demiş “sözümüz o kəslərədir ki, bizi eşitmir”… Nə qədər ki, Rövşən Məmmədov kimi ambisiyalı və səriştəsiz, Ranar Musayev kimi dili və irqi bilinməyənlər AzTV-nin başında oturub su bulandırırlar, biz də o qədər eşitdiklərimizi və bildiklərimizi öz səhifəmizdə səfti-zəft edəcəyik.

Təəssüflə deməliyəm ki, AzTV-nin indiki rəhbərliyi nə zamanın , nə Ölkə Başçısının, nə də ki, xalqın çağırışları ilə ayaqlaşmlr.Hər gün dəyişən dünyamızda baş verən ictimai-siyasi proseslər AzTV rəhbərliyi üçün heç də önəm daşımır. Rövşən üçün önəmli olan korporativ maraqlar, şəxsi ambisiya və dostlarının istəyidir.  Və bu üç amil üçün çalışan Rövşən dövləti maraqları və milli heysiyyatı tamamilə bir kənara atıb.

Bu fikrimin bir çox sübutları var. Bu dəfə tək bir fakt ətrafında gəzişmə edəcəm. O da bu gün hamımız üçün əsas məsələ olan vətənpərvərlik və mübarizlik ruhudur.

Rövşənin rəhbərlikdə olduğu 2.6 ildə AzTV hər vasitə ilə mili ruhun və vətənpərlik eşqinin söndürülməsinə çalışıb. Daha doğrusu bu həssas və çox vacib məsələlərdə Rövşən özünün “konsepsiyası”nı reallaşdırmağa çalışıb. Müəyyən qədər də buna nail olub. Beləki, müharibə şəraitində yaşayıb, işləməyimizə baxmayaraq Rövşən AzTV-yə gələn ilk gündən hərbi vətənpərvərlik ruhunda olan verilişlərə qənim kəsildi. AzTV-dəki İlham Alışanovun kontorundan aldığımız məlumata görə 2019-cu ildən bu yana AzTV-nin Hərbi vətənpərvərlik redaksiyasının verilişləri 1 saata qədər azaldılıb. Hətta ötən ilin 12-14 iyul tarixli döyüşlərində və 44 günlük müharibə dövründə belə bu redaksiyanın efir saatı atrırılmadı. Ona görə yox ki, o redaksiyada işləyənlərin daha çox və daha yaxşı işləməyə potensialları yox idi. Əsla! Ona görə ki, Rövşən digər redaksiyalardakı kimi bu redaksiyada olan peşəkarlara qarşı da qısqanclıq edir. Onları özünün komandasından hesab etmir. Nəticədə isə itirən jurnalistikamız, tamaşaçılar və gənc nəsil olur.

Şəxsi ambisiyası üzündən 44 günlük müharibədə Rövşən AzTV-nin peşəkar telerepartyorlarına meydan vermədi. Özünün tapıb gətirdiyi qeyri-peşəkar və səriştəsiz adamlara isə geniş imkanlar tanıdı. Bununla da kimlərəsə sübut etmək istədi ki, mən yenilikçiyən. Bununla da AzTV-nin tamaşaçılar arasında qalan az-çox  hörmət və izzətini də itirdi.

Qəti şəkildə deyə bilərik ki, AzTV 44 günlük müharibənin imtahanından kəsildi. Nə Ali Baş Komandanın, nə Müzəffər Ordumuzun, nə də ki, qələbəyə ac xalqımızın çağırışlarıyala Rövşənin komandası ayaqlaşmadı. AzTV-dən gözlənilənlərin heç 20 faizini Rövşənin komandası verə bilmədi.

Baxmayaraq ki, Rövşən tez-tez deyir ki, “44 günlük müharibədə  hamı AzTV-yə baxırdı”. Razıyam. Amma Rövşənə xatırladım ki, hamı ona görə AzTV-yə baxmırdı ki, buradan operativ və davamlı informasiyalar alırdılıar. Əsla! Sadəcə ona görə ki, müharibə ilə bağlı, xüsusilə də cəbhə boyu baş verən bütün hadislərlərlə bağlı bütün məlumatlar mərkəzləşdirilmiş şəkildə AzTV-də yayımlanırdı. Bu da müharibə qanunlarına tamamilə uyğun qərar idi. Qərarsa Ali Baş Komandanın idi. Ona görə də dövlətin ideoloji siyasətinin uğurlarını öz adına çıxmaqla Rövşən çox böyük səhv edir.

Bəs, Rövşən 44 günlük müharibədə nə ilə yadda qaldı.

Birincisi, müharibənin ilk günlərindən ön cəbhədən “xəbərləri” yerlərdə sırf təsərrüfat qayğıları ilə işləyən zona müxbirləri “göndərirdi”. Bu zona müxbirlərinin kaskasız və bronojiletsiz repotajarı isə “Region xəbərlərində” gedən “bozbaş iyi” verən materiallardan heç nə ilə fərqlənmirdi.

Müəyyən dairələrin iradından sonra Rövşən xüsusi qrup yaratdı və cəbhə bölgəsinə göndərdi. Amma bu qrupa AzTV –də uzun illər çalışan, birinci Qarabağ müharibəsində canıyla, kamerasıyla və qələmi ilə vuruşan peşəkar repartyorları yox, öz dostlarını daxil etdi. Bununla da Rövşən öz mahiyyətini büs-bütün xalqa göstərdi. Sübut etdi ki,onun üçün milli maraqlar, dövləti vəzifələr heç bir əhəmiyyət kəsb etmir. Onun üçün əsas məsələ dostlarını irəli çəkmək və Vətənin və xalqın ən ağır günündə də Forma-2 yazıb pul qazanmaq idi. Və 44 günlük müharibə dövründə bu məqsədini Rövşən “uğurla” həyata keçirdi.

44 günlük müharibədə “müsəlləh əsgər” olan iki AzTV əməkdaşı haqqında danışmaq istəyirəm. Əməkdaş deyəndə bir az düz səslənmir. “AzTV-nin iki siması” desək daha yaxşı olar. Onlardan biri AzTV-nin “boz kordinalı” Ranar Musayevdir. Sevdiyi rejissorluğu bir kənara atıb, pepartyor olmuşdu o günlər. Buyurun baxın:

Əvvala Ranarın hansı dildə danışdığını başa düşmək olmur.

İkincisi, Rövşən həmin bağlantıda Ranardan hansı qiymətli məlumatı alıb tamaşaçıya çatdırdı, onu da kəsdirə bilmədim. Bu bağlantı sadəcə “xoş-beş” söhbəti idi. Yəni. “Ayə nə var, nə yox? Orda nə qayırırsınız?”. Vəssəlam.

Üçüncüsü, bu polemika Rövşənin səbatsızlığını bir daha göstərdi. Rövşən soruşur ki,”siz indi hardasınız?” Ranarda cavab verir ki:” Təhlükəsizliyimiz üçün yerimiz deyə bilmərəm”. Guyaki, erməni yox ey, dünyanın ən güclü kəşfiyyat agentliyi olan MOSSAD  Ranar Musayevi izləyirmiş. “Nə günlərə qaldın, Balaş”…Halbuki, Rövşən də deyir ki, “Füzuliyə bağlanırıq”. Titrlə də hara ilə bağlantı qurulduğu yazılıb. Amma Ranar özünü çox, hətta Rövşəndən də ağıllı bilərək olduğu məkanı bildirmir. Və hətta Rövşənə başa salmaq istəyir ki, cəbhə bölgəsindəki adamdan yer soruşmazlar.

Bu isə Rövşənin kəşf etdiyi növbəti “hərbi” repartyordur.

Göründüyü kimi aparıcı xanım Samirə Mustafayevanın “pozisiyası” heç də güllə yağışından  və yaxud erməni “qrad”ının təhlükəsindən xəbər vermir. Güya bu xanım ölümlə deyil, vizajistlə üzüzədir. Hələ Rövşənlə dialoqu bir ayrı dastandır. Qaranlıq bir guşəyə çəkilən “hərbi repartyor” Rövşənlə sıcaq ilişki qurur. Rövşən ona “Siz”-deyə müraciət edir. O isə xəttin o başından “Rövşən, Rövşən”-deyə səs verir. Elə bil ki,bunlar milyonların qarşısında  deyil, hansısa çayxanada oturub laqqırtı vururlar. Heç bir etik qaydalara uymayan “səmimiyyəti” tamaşaçıdan gizlətmək əvəzinə bu adamlar şirin-şirin gaplaşırlar.

Bu da bir daha onu göstərir ki, Rövşən peşəkarlarla yox, dostları ilə işləməyi daha çox sevir. Bu həm də onun sübutudur ki, milli və dövləti maraqlar Rövşənin korporativ maraqlarından çox-çox aşağıda dayanır. Onun üçün dövlət ailəsi, xalq isə övladları və dostlarıdır.

Bəs 44 günlük müharibədə Rövşən nə qədər “qabağa düşdü”?

Bu barədə növbəti yazımızda.

Bakuexo.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest