AzTV-nin dağılan tifağı və yaxud Rövşən Məmmədovun dağıtdığı MLLİ SƏRVƏT haqqında ŞOK DETALLAR

Əvvəllər belə bir aforizmi vardı: “AzTV təkdir: O, bir məktəbdir”. Bəli bu o vaxtlar idi ki, AzTV sevilirdi. Onun milyonlarla izləyicisi, onlarla sevilən verilişləri vardı. Eyni zamanda, bu qurum digər yaradıcı təşkilatlar üçün, başqa televiziyalar üçün nümunə və kadr hazırlığı məktəbi idi. Bu televiziyada işləyən istənilən şəxsi digər yaradıcı kollektivlər xahiş-minnətlə öz cərgələrinə qatırdı. Təsadüfi deyil ki, son 5 ilə qədər fəaliyyətə başlayan televiziyaların mayasını “aztvçilər” yoğurub.

Amma bu gün AzTV-nin adı gələndə dodaqlara acı, ironik təbəssüm qonur. Və bəzi ağzıgöyçəklər isə bir qədər də qabağa gedib deyir ki, “AzTV niyə televiziya olur ki?!” Əslində bu adamları qınamaq da doğru deyil. Çünki, AzTV-nin möhtəşəm sifətindən,doğru sözündən və ədalətli mövqeyindən artıq heç nə qalmayıb. Bu gün 65 yaşlı qocaman televiziya ən adi internet televiziyalarına rəqabətdə uduzur. Auditoriya baxımından isə AzTV nəinki, ölkəmizdəki digər televiziyalara və hətta elektron KİV-lərdən geri qalır.

Bu da təsadüfi deyil. AzTV bu biabırçılığa gəlib çatması üçün uzun və əzablı bir yol keçib. 5-ci kalonun üzvləri, başda Ramiz Mehdiyev və Əli Həsənov olmaqla AzTV-nin danışan dilini kəsdilər, görən gözünü ovdular. Bu qocaman və peşəkar kollektivə səriştəsiz, pula həris və milli təəssübkeşliyi zəif olan adamların rəhbərlik etməsi üçün Ramiz Mehdiyevlə Əli Həsənov əllərindən gələni etdilər. Və bu ziyalı və vətənpərvərlər ocağını nəhayətdə ticarət köşkünə çevirdilər.2006-cı ildən bu yana AzTV öz hədəflərindən məqsədli şəkildə sapdırıldı. Bu yaradıcı kollektiv kimlərinsə qara kassasına çevrildi. Əldə etdiyimiz məlumatlara görə Əli Həsənov Prezident Adminstrasiyasındakı postunu itirənə qədər hər ay AzTV rəhbərliyindən 100 min manat “ dolya” alırmış. Təsadüfi deyil ki, rəsmi dairələrdə Arif Alışanov “bazarkom” ləqəbini qazanmışdı. O, gedəndən sonra AzTV sədrliyinə dürtüşdürülən  Rövşən Məmmədovun “kliçkası” isə “boksyor”dur. Bu iki ayamanın özü isə onu sübut edir ki, AzTV 15 ildir ki, qeyri-peşəkarların, milli və dövlət təəssübkeşliyindən uzaq olan adamların ticarət köşkünə çevrilib.

Hə, yadımızdan çıxmamış onu da deyək ki, Rövşənə həm də “Əli Həsənovun kölgəsi” deyirlər. Ona görə deyirlər ki, Rövşən 5-ci kalonun layihəsidir. Və bu gün də Rövşən Əli Həsənov ideyalarından qidalanır və vaxtilə Əli Həsənov “bulağından su içmiş” adamlarla “yaradıcılıq ortamındadır”.

Ona görə də AzTV günbəgün nüfuzdan düşür, auditoriyasını itirir. Bunu isə biz demirik. Faktlar deyir. Proletariatın dahi rəhbəri Vladimir Lenin deyirdi ki: “Faktlar yaman tərs şeydir”. Məsələn, ötən həftə tanınmış jurnalist Azər Qəribov Azərbaycan TV-lərinin may ayı üzrə YouTube statistikasını açıqladı.

Bakuexo.az həmin statistikanı bir daha dəyərli oxucularımızın diqqətinə çatdırır:

1) İctimai TV – 20 801 638 izlənmə
2) Baku TV – 20 320 186 izlənmə
3) Xəzər TV – 17 293 385 izlənmə
4) ARB TV – 12 953 786 izlənmə
5) ATV – 3 312 863 izlənmə
6) AzTV – 3 029 633 izlənmə
7) APA TV – 1 023 054 izlənmə
8) ARB 24 – 283 827 izlənmə
9) Real TV – 198 898 izlənmə
10) Space TV – 115 871 izlənmə

Tərtib olunan siyahıda Rövşənin ağız dolusu təriflədiyi AzTV 6-cı yerdə qərarlaşıb. Ən dəhşətlisi odur ki, 65 yaşlı qocaman kollektiv 3 yaşlı  BakuTV-yə uduzur. Özü də biabırçı fərqlə. AzTV izləyicilərinin sayı BakuTV-nin tamaşaçılarının sayından 7 dəfə azdır. Təsadüfi deyil ki, bu gün elektron KİV-lərin 80 faizi BakuTV-nin məhsullarından yararlanır. Amma bir dənə mətbuat orqanının rəhbəri deyə bilməz ki, “biz AzTV-də verilən hansısa xəbərdən faydalandıq”.

Bu yerdə Qıdı kirvə demiş: “ Hoş dedim eşşək yadıma düşdü”. AzTV-nin şefi olan Rövşən bəzi medi qurumları ilə iş birliyindədir. Hər ay on min manatlarla büdcə vəsaitini  bəzi xəbər portallarına ötürür ki, “ mənimlə işiniz olmasın”. Halbuki, o pulların təyinat ünvanı ayrı-ayrı xəbər portalları deyil, AzTV-də zülüm çəkən və ayda 300-400 manat qonarar alan sənət fədailəridir. Amma neyniyəsən ki, Rövşənin Əli Həsənovdan əxz elədiyi prinsiplər var. O dövlət vəsaitini ancaq öz maraqları üçün xərcləyir. Bu yaxınlarda məlum olub ki, AzTV –də 130 “ ölü can” var. Və bu “ölü can”lara hər ay yüksək qonarar yazılır. Sonradan isə bu qonarar nağdılaşdırılaraq Rövşənin cari xərcləri üçün istifadə edilir. Bu saxtakarlığın başında isə Kadrlar departamentinin rəhbəri İlhamə Hüseynova və departamentin məsul əməkdaşı Zemfira Əliyeva dayanır. Yada salaq ki, əvvəllər mühasibatlıqda Rövşənin əsas adamı “Zema”nınqızının qaynı idi. Amma atanşikliyinə görə Rövşən onu iti qovan kimi qovdu. İndi isə bu işi Rövşənin arvadının dayısı oğlu icra edir. Və bu çirkin oyunlar hesabına hər ay Rövşən yüz minləri həzm-rabedən keçirir. Beləki, kadrlar departamentinin “təşəbbüsü”  ilə bir sıra televiziya əməkdaşlarına həddən ziyadə çox qonarar yazılır.Hətta mühasibat işçilərinə də. Sonradan isə həmin qonararın xeyli hissəsi “müəllifdən” geri alınaraq Rövşənə ötürülür. Bu prosesdə iştirakçı olmuş bir şəxs redaksiyamlza şəxsən müraciət etdi. Bildirdi ki:” Hər ay mən qonararımdan 500 manat Rövşənə verirdim. Amma narazılıq etdiyimə görə məni bu prosesdən kənarlaşdırdılar. Bu faktı istənilən  şəraitdə Rövşənin üzünə deyə bilərəm”.  Bu cür müraciətlər redaksiyamıza çox olur. Amma müəyyən səbəblərdən həmin şəxslərin adlarını açıqlamırıq. Çünki, onların Rövşənin qəzəbinə tuş gələcəyindən ehtiyatlanırıq.

Bu yazımızda Rövşənin özü üçün müəyyən etdiyi mənəvi tərəflərə toxunduq. Növbəti yazımızda isə Rövşənin nə qədər “vətənpərvər” olduğundan söhbət açacağıq. Yəni ki, onun qazilərə, ölümə göndərilən yaradıcı heyətə və hərbi-vətənpərvərlik redaksiyasına “bəslədiyi” münasibət üzərində gəzişmə edəcəyik.

Daha sonra AzTV-nin efirində Rövşən-Nazilə-Ranar triosunun “novatorluğundan” danışacağıq.

Təbii ki, maliyyə maxinasiyaları və korrupsiya faktları da öz yerində. Bizimlə qalın…

Bakuexo.az-ın Sosial şöbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest