AzTV-nin bədii rəhbəri Ranar Musayev istefa verdi – AÇIQLAMA+ VİDEO

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Bədii rəhbəri Ranar Musayev işindən ayrılıb.

Verilən məlumata görə, o öz ərizəsi ilə işdən çıxıb.
Məsələni AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Bakupost.az -a təsdiqləyib.

O bildirib ki, R. Musayev əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən ayrılıb.

“Onun yerinə hələlik təyinat yoxdur”, – deyə əlavə edib.

Qeyd edək ki, Rövşən Məmmədov AzTV-yə rəhbər təyin olunan kimi Əməkdar incəsənət xadimi Etibar Babayevi çıxarıb, yerinə R. Musayevi təyin etmişdi.

Ranar Musayev son vaxtlar daha çox stol üzərində “göbək rəqsi” ilə “məşhurlaşmışdı.

E.Mirzəyev, BakuPost.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest