“İsrail muzdluları Ukraynada Azov bölmələri ilə birlikdə Rusiyaya qarşı döyüşürlər”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosuna açıqlamasında bildirib:
“Hər halda yenə də demək istəyirəm, amma İsraildə əks informasiya kampaniyası aparan siyasətçilər çətin ki, eşitsinlər. Ola bilsin ki, onlara maraqlı gələcək. Ukraynada faktiki olaraq Azov yaraqlıları ilə çiyin-çiyinə israilli muzdlular da döyüşürlər” – Zaxarova vurğulayıb.
O əlavə edib ki, Rusiyada bunu təsdiqləyən faktlar və videolar var.