Azor adalarında aşkar edilənlər hər kəsi təəccübləndirdi – ŞOK VİDEO

Azor adalarının ətrafı dəniz xəzinələrinin beşiyi hesab olunur. Portuqaliyalı alimlər Atlantik okeanının bu hissəsində yeni tapıntı ilə gündəmə gəliblər.

Bakuexo.az “euronews”a istinadən xəbər veirr ki, iki həftə ərzində batimetrik (dəniz dibinin relyefinin öyrənilməsi) araşdırmlar nəticəsində mərcan (Dənizin dibində qayalara yapışaraq hərəkətsiz yaşayan heyvan) meşələri tapılıb. Onların fikrincə, bu tapıntı ümumilikldə Atlantik okeanında ən böyük mərcan meşələridir.

Tədqiqatlar zamanı qara mərcanlar da tapılıb. Qara mərcanlar bu heyvanın mühafizə olunan növüdür. Onların toplanmasına isə bir neçə milyon avro dəyərində cərimə düşür.

Bu tapıntıdan sonra alimlər bu qənaətə gəliblər ki, dünyada hələ də sirri tam açılmayan bölgələr var. Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest