“Azərişığ”ın əməkdaşı Laçında minaya düşdü

“Azərişığ”ın əməkdaşı minaya düşərək xəsarət alıb.

Hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.

O, yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.

M.Əbilovun sağ ayağı amputasiya edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest