Azərbaycanlılara sığınmaq istəyən erməni qadın danışdı: “Ruslar mənə dedilər ki…”

Bir vaxtlar-işğal dövründə Şuşada qanunsuz məskunlaşmış ermənilərdən biri-32 yaşlı İzaura Balasanyan 4 uşağı ilə birlikdə bu şəhərə qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul edərək orada yaşamaq istəyib. Lakin Rusiya sülhməramlıları onu buraxmayıb və qondarma “dqr  milli təhlükəsizlik xidmətinə” təhvil verib.

Qadın bu haqda Forrights.am portalına danışıb. Bildirib ki, avqustun 1-də uşaqları ilə birlikdə Xankəndindən Şuşaya qalxıb, təmas xəttini keçməyə çalışıb. Qadın deyib ki, onun yaşamağa yeri yoxdur və Şuşada yaşadığı evə qayıtmaq istəyir.

“Bəli, mən Şuşaya yollandım, çünki qalmağa evim yoxdur. Ölmüş ərimin və anamın fotolarını götürdüm, uşaqları götürdüm və Şuşaya qalxdım. Gömrüyə (qadın Rusiya sülhməramlı qüvvələrinin postunu “gömrük” adlandırır,-red.) çatdım, amma ruslar şəhərə daxil olmağa icazə vermədilər. Onlar mənə dedilər: “Lazım deyil, bu ayıbdır, sizin xalqa bu şərəf gətirmir” . Şəhərə daxil olmadım. Türklərlə (azərbaycanlı əsgərlər,-red.) və rusların arasında dayandım. Bu vaxt ruslar öz komandirlərinə zəng vurdular, o da nazirliyə (qondarma rejimin “milli təhlükəsizlik xidməti”,-red.) müraciət edib dedi ki, bəs sizinkilərdən biri uşaqları ilə birlikdə türklərə təslim olur. Və beləliklə “milli təhlükəsizlik xidməti” gəldi”,-qadın bildirir.

Müharibədən sonra qadın Xankəndindəki yataqxanalardan birində məskunlaşıb, amma kirayə haqqı artırılanda oranı tərk etmək qərarına gəlib. Müxtəlif instansiyalara müraciət etsə də ona mənzil verən olmayıb.

Şuşadan geri qaytarılandan sonra Balasanyanı Əsgəran rayonunun kəndlərindən birində, ilanlar basmış yarıuçuq evdə yerləşdiriblər. Daha sonra tanışlarından birinin köməyi ilə qadın Zəngəzurun Xanazax kəndində, Camal adlanan yerdə elementar şəraiti olmayan tikilidə məskunlaşdırılıb.virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest