“Azərbaycanlılar kəndimizdə səngər qazır” – Sima Çitçyan

“Özüm görməmişəm. Amma eşitmişəm ki, azərbaycanlılar texnika gətirib səngər inşasına başlayıblar”.

Kut kəndinin başçısı Sima Çitçyan bunu Azərbaycan əsgərlərinin Ermənistan ərazisində artıq səngər qazması barədə məlumatı şərh edərkən NEWS.am saytına söyləyib.
Sima Çitçyan kənddə vəziyyətin dəyişmədiyini, azərbaycanlıların eyni mövqedə qaldığını və mal-qara otarılması ilə bağlı ciddi problemlərin meydana gəldiyini  qeyd edib.

Bu əsl rüsvayçılıqdır. Çobanlar deyir ki, mal-qara otarmaq mümkün deyil ”, – deyə o, vurğulayıb. Xatırladaq ki, erməni mediasının iddiasına görə, mayın 12-də Azərbaycan tərəfi Sünik və Geqarkunik bölgələrində bir neçə kilometr irəliləyərək Ermənistan ərazisinə daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest