Azərbaycanlı milyonçunun nəvəsi ilin ən dəbdəbəli gecəsində – FOTO

Rusiyanın məşhur “Tatler” dərgisi ənənəsinə sadiq qalaraq payızın son həftəsində məşhur tədbirini gerçəkləşdirib.

Balın ənənəsinə uyğun olaraq biznesdə depüt edən şəxslər varislərini təqdim ediblər. Rusiyanın qədim, XIX əsrə aid saraylarından biri Paşkov evində gerçəkləşən gecədə azərbaycanlı milyonçu Vaqif Əliyevin nəvəsi Sofiya Krapivina da yer alıb.

Ukraynanın 20 ən varlı adamı siyahısında yer alan V.Əliyev nəvəsini ictimaiyyətə təqdim edib.

“London College of Fashion”da təhsil alan Sofiya bal üçün geyimi özü seçib. “Ən gözəl geyimi seçməyə çalışdıq. “Rasario” mənim tam istədiyimi tikib” deyən qız, tərzini ağ qızıl və brilyantlarla bəzədilən sırğa, qolbaq və boyunbaqla tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest