Azərbaycanlı dünya çempionuna avtomobil hədiyyə olunacaq – FOTO

Kikboksinq üzrə azərbaycanlı dünya çempionu Anar Məmmədova avtomobil hədiyyə olunacaq.

Bu gün start götürmüş kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimində federasiya rəhbərliyi tərəfindən ona “Şkoda Rapid” avtomobilinin açarı təqdim olunacaq.

Qeyd edək ki, Anar Məmmədov ötən il İtaliyada keçirilmiş dünya çempionatının Azərbaycandan yeganə qalibi olub. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev yarışdan öncə dünya çempionlarına avtomobil hədiyyə edəcəyinə söz vermişdi.

Səbuhi Musa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest