“Azərbaycandan gedirəm, mentalitetinizi başınıza çırpın!” – Nahidə Babaşlı

Sosial şəbəkələrdə məşhurlaşan müğənni Nahidə Babaşlının qəzada iti ölüb.

Xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat verib:

“Canımdan çox sevdiyim Köpüyümü avtomobil qəzasında itirdim. Ömrü boyu sevgini daşıyacağam. Nə yazsam, nə desəm, kədərim azalmır. İlk dəfə gəzdirməsi üçün birinə verdim, onda da qucağımda can verdin. Köpük mənim hər şeyim idi”.

Nahidə bildirib ki, hadisə Bakıda baş verdiyi üçün ölkədən gedir:

“Qəza Bakıda oldu, maşın vurdu və qaçdı. Hələ də hadisənin şokundayam. Bilet aldım, bir neçə saat sonra bu ölkədən gedirəm. Ümidim bir də qayıtmamaqdır. Alın mədəniyyətinizi də, mentalitetinizi də, sevginizi də, hörmətinizi də başınıza çırpın!”.

Qeyd edək ki, N.Babaşlı sosial şəbəkələrdə “cover” ifaları ilə məşhurlaşıb. Müğənni ötən il “Azərbaycanın parıldayan ulduzu” kateqoriyasında “Altın Kelebek” mükafatına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest