Azərbaycanda yetkinlik yaşına çatmayan qızdan ŞOK SÖZLƏR – GÜNDƏ 15 KİŞİ…

Bir müddət əvvəl həbs edilən və Azərbaycanlı qadınları aldadaraq və ya digər yollarla Türkiyəyə apararaq cinsi istismara məruz qoyan Xaçmaz rayon sakini Nurəsdə Əlimuradovanın bacısı Nuridə Əlimuradova da məsuliyyətə cəlb edilib.

Uzun müddət Türkiyədə yaşayan və bacısı Nurəsdənin Azərbaycandan göndərdiyi qadınları İstanbulda qarşılayaraq müxtəlif ünvanlarda yerləşdirən, həmçinin Murad adlı şəxslə birgə onları fahişəliyə məcbur edən 1981-ci il təvəlllüdlü Nuridə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsinin 6 bəndi üzrə cinayət işi açılıb. Cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılıb.

Məlum olub ki, Əlimuradova bacıları Xaçmaz rayonundan ümumilikdə 5 qadını aldadaraq və ya şirnikləndirərək Türkiyəyə aparıb. Onlar arasında yetkinlik yaşına çatmayan Xaçmaz şəhər sakini Günay (şərti) də olub. Belə ki, Nurəsdə Əlimuradovanın bacısı İstanbulda yaşadığı üçün yeniyetmə qızın anası Türkiyəyə gedib müalicə olunmaq istədiyini bildirib.

Məhkəmədə ifadə verən Günay Əliverdiyeva bildirib ki, ilk dəfə Türkiyəyə anası ilə gedib və əvvəldəcən ona deyildiyi kimi kafedə xadimə işləyəcəyini düşünüb. Orada onu Nuridə və onunla birgə olan Türkiyə vətəndaşı Murad adlı şəxs qarşılayıb: “Anam xəstə olduğu üçün onun müalicəsinə vəsait lazım idi. Nurəsdə hətta bildirmişdir ki, bacısı anamın müalicə olunmasına da İstanbulda köməklik göstərəcək. Nurəsdəyə getmək üçün yol pulunun olmadığını bildirdik. O da narahat olmamağımı, bu məsələni o və bacısı həll edəcəklərini bildirdi. Nurəsdə mənim və anamın avtobus biletini alaraq bizimlə birlikdə Bakı şəhərindən Türkiyəyə yola düşdü. İstanbulda bizi Nuridənin özü və həyat yoldaşı kimi təqdim etdiyi Murad adlı şəxs qarşıladı, Nuridə bizi İstanbul şəhərinin Halkalı bölgəsində yerləşən yaşadıqları evə apardı.İki gün Nuridəgil ilə birlikdə yaşadıqdan sonra mən və Nurəsdə ayrıca ev tutub orada yaşamağa başladıq, anam isə Nuridənin yaşadığı evdə qaldı. Yeni evə Nuridə və Murad da bzimlə birgə gəlmişdi. Mən evə gəlib əşyalarını yerləşdirdikdən sonra Nuridə pasportumu alaraq belə izah etdi ki, birdən pasportu itirərəm. Yeni evə köçdüyü günün sabahısı Nuridədən hansı kafedə xadimə işləyəcəyini soruşdum. O isə dedi ki, xadimə işi yoxdur, onun nəzarəti altında fahişəliklə məşğul olmalıyam. Çıxış yolum olmadığı və yaşamaq və anasımı müalicə etmək üçün pula kəskin ehtiyacım olduğundan Nuridənin tələbini qəbul etdim və bundan sonra Nuridə ilə Muradın gətirdiyi şəxslərlə intim əlaqədə olmuşam. Həmin şəxslərdən pulları Nuridə və yaxud Murad özləri alaraq mənə çox az bir hissəsini ödəyirdi. Onlar məni pul müqabilində gün ərzində 10-15 nəfər kişi müşətəri ilə görüşdürüb cinsi əlaqədə olmağa məcbur edirdi. Yaşım az olduğu və buna dözmədiyimi dedikdə isə Nuridəgil məni hədələyirdi və o buna görə məcbur olub onların dediyini etmişəm. Daha sonra Nuridədən yalvararaq xahiş etdim ki, anamı həkimə aparsın. Nuridə bundan sonra anamı həkimə aparmağa başladı.

Müştərilərlə 100 türk lirəsi müqabilində görüşmüşəm, həmin pulun 70 lirəsini Nuridəgil özlərinə götürürdü, qalan 30 lirəsini isə mənə verirdilər. Bundan başqa Nurəsdə məndən hər gün 30 türk lirəsi ev pulu alırdı.Müştərilərlə evdən kənarda otellərdə və evlərdə də görüşmüşəm, əsasən müştərilər gəlib özləri ilə aparırdılar. Bir müddət sonra o, Nuridəgilə anamla birlikdə getmək istədiyimizi bildirdikdə Nuridə məcbur qalıb razılaşdı və bilet alaraq bizi yola saldı. Kasıbçılıq ucbatından və Nuridənin zəng edib İstanbula gəlib fahişəliklə məhğul omasını deməsinə görə bundan sonra daha 3 dəfə Türkiyə Respublikasına getmişəm, orada Nuridənin yanında yaşamış, sonuncunun evinə gətirdiyi və yaxud müştərilərin apardığı yerlərdə intim əlaqədə olmuşam. Sonuncu dəfə Türkiyəyə gedərkən bacım Könülü də Nuridənin dəvəti ilə İstanbula aparmışam. O da Nuridə tərəfindən cinsi istismara məruz qalıb. Hal-hazırda təqsirləndirilən şəxs qarşı heç bir tələbim yoxdur”.

Cinsi istismara məruz qalmış Könül Əliverdiyeva Nuridəni bacısının rəfiqəsi kimi tanıdığını və onu yüksək məvacibli işə düzəltmək adı ilə aldadaraq Türkiyəyə apardıqlarını deyib. O, İstanbulda 4-5 gün ərzində fahişəliklə məşğul olandan sonra Nuridəyə sərt etiraz etdiyini və Azərbaycana qayıtdığını bildirib.

Məhkəmədə ifadə verən digər zərərçəkənlər də eyniməzmunlu ifadələr veriblər. Onlar N.Əlimuradovadan artıq şikayətçi olmadıqlarını da bildiriblər.

Təqsirləndirilən şəxslər onun yanına gəlmiş qızların öz təşəbbüsləri ilə gəldiklərini, onları fahişəliyə məcbur etmədiyini, pasportlarını almadığını, yalnız gündəlik kirayə pulu aldığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 40 yaşlı N.Əlimuradova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nuridədən əvvəl bacısı Nurəsdə də həbs edilib.Publika.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest