Azərbaycanda xidmətdə olan general-polkovniklər -SİYAHI

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərim Vəliyevə general- polkovnik hərbi rütbəsi verilib.
Bununla da Azərbaycanda general-polkovnik rütbəsi daşıyanların sayı artıb. Onlardan sadəcə 15-i xidmətini davam etdirir.
Hazırda vəzifədə olan general-polkovniklər:
1. Zakir Həsənov – Müdafiə naziri
2. Kərim Vəliyev – Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini
3. Kərəm Mustafayev – Əlahiddə Ümumqoşun Ordu komandanı
4 Əli Nağıyev – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
5. Kəmaləddin Heydərov – Fövqəladə hallar naziri
6. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
7. Bəylər Eyyubov – Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi
8. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə
9. Mədət Quliyev- Müdafiə sənayesi naziri
10. Vilayət Eyvazov – Daxili İşlər naziri
11. Məhərrəm Əliyev – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
12. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri, ali xüsusi rütbə
13. Ramil Usubov – Sabiq daxili işlər naziri,  Prezident yanında Təhlükəsizlik Şurasının katibi
14. Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi
15. Arzu Rəhimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi 
Bir neçə il öncə və daha az müddət əvvəl vəzifədən kənarlaşdırılan general-polkovniklər:
1. Nəcməddin Sadıqov – Müdafiə nazirinin sabiq 1-ci müavini, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi
2. Vaqif Axundov –  Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi
3. Namiq Abbasov – Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri
4. Səfər Əbiyev – Sabiq müdafiə naziri
5. Eldar Mahmudov – Sabiq milli təhlükəsizlik naziri
6. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı). Bu ilin mayında 98 yaşında vəfat edib.
7. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri, ali xüsusi rütbə
8. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə
9. Fazil Məmmədov – Sabiq vergilər naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik), ali xüsusi rütbəsi

Qafqazinfo.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest