Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov vəfat edib.
Bunu “Report”a Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.
V.Ənsərov uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Vəzirxan Ənsərov 1946-cı ildə anadan olub. 1983-1991-ci illərdə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin üç çağırış deputatı seçilib. 2000-ci ildən 2009-cu ilədək 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin dairə seçki komissiyasının sədri vəzifəsində çalışıb. YAP Sumqayıt şəhər təşkilatında təşkilat şöbəsinin müdiri, sədr müavini, idarə heyətinin və şuranın üzvü seçilib.
Prezident İlham Əliyevin 2014-cü il 19 sentyabr tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Şəhər Ağsaqqallar Şurasının və idarə heyətinin üzvü idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest