Azərbaycanda tanınmış meyxanaçıya HÖKM OXUNDU – 7 il 6 ay HƏBS

Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan tanınmış meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) cinayət işi üzrə məhkəmə sona çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda meyxanaçıya hökm oxunub.


Hökmə əsasan, Cavid Babaşov narkotik satışında təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, Cavid Babaşov bir il əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest