Azərbaycanda sosial şəbəkə rəzaləti: Kişilər niyə başqasının arvadına…?

Sosial şəbəkələr ciddilik statusunu sürətlə itirir, məişət mövzuları ön plana çıxır. Bunu hər gün yaraşıqlı qadınlara kompliment yazan kişilərin timsalında da müşahidə etmək mümkündür. Maraqlıdır ki, onların sırası genişdir: tanınmış simalar, şair və yazıçılar, jurnalistlər, sənətçilər. Onlar da çox vaxt axına qoşulur, həyatda heç vaxt qarşılaşmadıqları gözəl xanımlara həvəslə kompliment deyirlər. Hətta dost siyahısını əsasən qadınların hesabına zənginləşdirənlər də var. 

Kişilərin sosial şəbəkələrdə bu cür davranışını şitlik, yaxud şorgözlük əlamətidir?

Bakuexo.az xəbər verir ki, yazıçı Şərif Ağayar Yenisabah.az-a qeyd edib ki, ictimai davranış məsələlərində “Facebook” kifayət qədər demokratikdir:

“Bu platformada gizləmək, dostluqdan çıxarmaq və bloklamaq kimi imkanlar var. Üstəlik, şikayət etmək hüququ təmin edilir. Bu mənada, kimisə incitmək, ona sataşmaq, yalnız bir, yaxud iki dəfə mümkün ola bilər. Adı nədir bu məkanın? Sosial şəbəkə. Yəni ictimai yer. Cəmiyyətin içi. Belə yerlərdə hər ağılda adam olur. Dəli də, axmaq da, avara da, sərxoş da. “Facebook” güzgüdür sadəcə. Cəmiyyətin güzgüsü. O güzgüyə etiraz etməklə cəmiyyəti düzəldə bilmərik. Sosial şəbəkələr insanlara özünü rahatca ifadə etmək imkanını verir. Axmaq daha asan axmaqlayır, avara daha asan avaralanır, yalançı daha asan aldadır. Amma burada həm də ağıllı və təmiz adamlar var. Biz çirkli su ilə birlikdə uşağı da çölə ata bilmərik.

Nəzərə alaq ki, Azərbaycan kimi sosial həyatın mətbuatda lazımınca əks olunmadığı ölkələrdə sosial şəbəkə, ümumən sosial media bir nəfəslikdir. Dəlisi və ağıllısı ilə birlikdə. Azərbaycanda sosial şəbəkələrə və sosial mediaya qarşı olmaq totalitar düşüncədən xəbər verir. Səviyyəsizliyi bəhanə edib yüz minlərlə insanın yeganə özünüifadə imkanını məhdudlaşdırmaq əsl faşizmdir. Biz özümüzü inkişaf etdirməyə çalışmalıyıq, vasitələrlə mübarizə aparmamalıyıq. İllah da o vasitələr mütərəqqi niyyətlər üçün daha çox istifadə olunursa…”

Azərbaycanda sosial şəbəkə rəzaləti: Kişilər niyə başqasının arvadına kompliment deyir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest