Azərbaycanda pomidorun qiyməti niyə bahadır?

“Azərbaycandan 2020-ci ildə 201 milyon 354 min dollar dəyərində 187 min 539 ton pomidor ixrac edilib. 2021-ci ildə (160 milyon 229 min dollar dəyərində 145 min 217 ton) pomidor ixracında 2020-ci illə müqayisədə azalma müşahidə edilib”.

Bu barədə “Margin.az”a açıqlamasında iqtisadçı Seymur İbadov bildirib.

Onun sözlərinə görə, ixracın azalmasının əsas səbəblərindən biri Rusiyanın 2020-ci ilin dekabr ayından başlayaraq Azərbaycandan idxal edilən pomidora müəyyən məhdudiyyətlər tətbiq etməsi olub.

“Bu ilin ilk üç ayı ərzində Azərbaycandan 18 milyon 802 min dollar dəyərində 31 min 763 ton pomidor ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 80% artımdır. Mart ayının əvvəlindən Rusiya Azərbaycandan ixraca tətbiq edilən qadağanı tamamilə aradan qaldırıb. Bu da Azərbaycanda istehsal edilən pomidorun Rusiya bazarına maneəsiz çıxarılmasına kömək edib”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest