Azərbaycanda marketdən alınan ətin içindən görün nə ÇIXDI? – TÜKÜRPƏDİCİ FOTO

Şəkidə ətin içindən tərkibi məlum olmayan kənar cisim çıxıb.

Bu barədə Şəki sakini Nəzakət Kərimova müraciət edib. Onun sözlərinə görə ötən gün Şəki Store supermarketdən 4 kiloqram ət alıb. Evə gətirib kəsəndə isə içindən yaşıl rəngə çalan, murdar nəsə olduğu açıq görünən kütlə çıxıb. Alıcı ətin içindən çıxan yad cismi qurd yumurtasına bənzədib. 

Şikayətçi qeyd edib ki, sözügedən marketdən hər dəfə ət alır, amma ilk dəfədir ki, belə bir iyrənc mənzərə ilə rastlaşıb:

“Uzun müddətdir ki, həmin marketdən ət alıram. Dünən kəsəndə şok oldum. Nə olduğunu bilmədən istifadə etməyə də qorxdum. Özü də sərt kimi 4 kiloqrama yaxın almışdım. Bu gün aidiyyəti qurumlara müraciət etməyi düşünürəm”, – deyə istehlakçı əlavə edib. 
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva Bizim.Media-ya açıqlamasında bununla  bağlı qurumun rəsmi sosial hesabına müraciət daxil olduğunu deyib:

“Müraciət daxil olduqdan dərhal sonra araşdırılması üçün aidiyatı üzrə yönləndirilib. Araşdırmalar aparılacaq və nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.
Vətəndaşlardan xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda konkret faktları – məhsulun adı, istehsalçısı, satış obyekti, istehsal tarixi və s. göstərməklə  Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər”.

Alçina Amilqızı, Bizim.Media 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest