Azərbaycanda koronavirusla bağlı son vəziyyət – GÜNLÜK STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 782 675 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib, aktiv xəstə sayı 139 nəfərdir.

Ölkədə son sutka ərzində 4132, hazırkı dövrədək isə 6 801 484 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest