Azərbaycanda həkim qəfil vəfat etdi

ATU-nun Onkologiya Kafedrasının baş laborantı, mammoloq-cərrah Zeynalova Sahibə Məhəmməd qızı qəfil vəfat edib.

41 yaşlı S.Zeynalova bu gün dünyasını dəyişib.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, mərhum hər hansı xəstəlikdən əziyyət çəkməyib: “Onun hansısa bir xəstəliyi olmayıb. Elə gecə yatıb səhər durmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest