Azərbaycanda evdən 3 kişi meyiti tapıldı

Abşeron rayonunda 3 nəfər dəm qazından zəhərlənərək ölüb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu məsələ ilə bağlı KİV-lərdən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, yanvarın 6-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyevin, 1966-cı il təvəllüdlü Akif Nərimanovun və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest