Azərbaycanda daha bir qadın əri tərəfindən vəhşicəsinə döyüldü – Başına 7 tikiş qoyuldü

Azərbaycanda daha bir qadın əri tərəfindən şiddətə məruz qalıb. 

Bu barədə “Təmiz Dünya” qadın və uşaq sığınacağından məlumat verilib. Qeyd olunub ki, 15 yaşında evləndirilən və iki övladı olan xanımın həyat yoldaşı oğurluq, cinayətlərə görə həbs olunub və 13 il cəza alıb:
“Həmin şəxs həbsdən çıxdıqdan sonra anası ilə birlikdə qadının bütün əşyalarını, qızıllarını əlindən alaraq evdən qovublar. Sözügedən şəxs ardınca “barışmaq” adı ilə qızın ata evinə gələrək orada dəfələrlə döyüb. Qadın polisə müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar “barış və ərizəni götür”, deyə təyziq ediblər. Qadın məcbur olub ərizəni götürdükdən sonra, acımasız şəkildə yenidən döyülüb. Qadının hazırda başında 7 tikiş, qolunda, üzündə yara izləri qalıb”.
Qurum bildirib ki, ölkədə bu cür məsələlər artıq ciddi narahatlıq yaradır:
“Biz sığınacaq olaraq dəfələrlə qurumlara müraciət etsək də, ciddi tədbir görülmür. Bu qadın məcbur bir müddət sonra sığınacaqdan çıxmalıdır. Onun başına hər hansı hadisə gəlsə, “Ər yoldaşını öldürdü” xəbər başlıqlarına 2 saniyə baxıb keçməklə kifayətlənəcəyik. Biz indidən SOS siqnalı veririk ki, kifayət qədər sığınacaqda qalan qadınların təhlükəsi hələ də davam edir”.
Günay RəsulqızıSfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest