Azərbaycanda AĞIR QƏZA – YARALILAR VAR

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Ağcakənd kəndində qeydə alınıb. Hərəkətdə olan “BMW”markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı 1998-ci il təvəllüdlü Talıb Rzayev, 1998-ci il təvəllüdlü Orxan Əliyev və 2000-ci il təvəllüdlü Pərvin İsgəndərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır (apa).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest