Azərbaycanda 82 yaşlı kişi 81 yaşlı həyat yoldaşını çəkiclə döydü – Qadının SON DURUMU

“Ötən gün gecə saatlarında 82 yaşlı həyat yoldaşı tərəfindən döyülən Beyləqan rayon Birinci Şahsevən kənd sakini 81 yaşlı Dilarə Həsənovanın vəziyyəti ağır olaraq qalır”.

Bu barədə Trend-ə Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Əli Məmmədov məlumat verib.

Əli Məmmədovun sözlərinə görə, yaşlı qadın koma vəziyyətindən çıxsa da, hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, vəziyyəti ağır olaraq qalır.

“7 Aprel 2022-ci ildə saat 12:30 radələrində xəstəxanamıza Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini 1941-ci il təvəllüdlü Həsənova Dilarə Fərrux qızı xəsarət alaraq daxil olub. Müayinə zamanı xəstədə başın tüklü hissəsinin, alın nahiyəsinin, hər iki əlin çoxsaylı çapılmış, kəsilmiş yaraları və eyni zamanda, qapalı kəllə-beyin travma diaqnozu qoyulub. Xəstəyə təcili qaydada müvafiq tibbi yardım göstərilib, yaraları sarılıb, birinci cərrahi tikişlər və ətraflar gipsə qoyulub. Hazırda xəstənin ümumi vəziyyəti ağır stabildir. Diaqnostika şöbəsində müayinə müalicəsi davam etdirilir”, – deyə həkim əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest