Azərbaycan Laçın dəhlizinin yanında işıq dirəkləri qoyur – ERMƏNİLƏR TƏŞVİŞDƏ

Azərbaycan Laçının Zabux kəndi ərazisində elektrik dirəkləri quraşdırır.

Laçın dəhlizi bu kəndin yaxınlığından keçir. 

Hazırda ermənilərin yaşadığı kəndin qondarma “rəhbəri” Andranik Çavuşyan iddia edir ki, işıq dirəklərini dəhliz ərazisində də qoymaq planlaşdırılsa da, sonradan bu məsələ dayanıb.

Ermənilər bildirir ki, Azərbaycan Laçın dəhlizinin marşrutunun dəyişməsindən sonra mövcud dəhlizin keçdiyi ərazilərin infrastrukturunun qurulmasına hazırlaşır.

“O zaman biz artıq burada olmaya bilərik. Çünki Azərbaycan dolama yollarla yeni marşrut hazırlayır və hazırkı marşrutun keçdiyi ərazilərə nəzarət edəndən sonra ermənilərin burada qalacağı sual altındadır” – Çavuşyan deyib. 

Laçın dəhizinin yeni maşrutunun bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır.

Razılaşmaya görə, bundan sonra Laçın şəhərinin mərkəzi, eləcə də dəhliz ətrafında yerləşən və hazırda ermənilərin yaşadığı ərazilər də Azərbaycanın nəzarətinə keçəcək. (publika)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest