Azərbaycan İnvestisiya Şirkəti sahibkarlara çağırış etdi

Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) ortağı olmaqla biznesinizə əhəmiyyətli investisiyalar cəlb edə bilərsiniz.

AİŞ-dən verilən məlumatda bildirilir ki, perspektivli bir layihəniz varsa, lakin həyata keçirilməsi üçün kifayət qədər maliyyə mənbəyiniz yoxdursa, bu məlumat sizin üçündür.

Belə ki, kreditdən fərqli olaraq, AİŞ şirkətinizin nizamnamə kapitalına maliyyə investisiyaları qoyur. Bu investisiyaların həcmi kapital qoyuluşlarının ümumi həcminin 30 faizədək ola bilər ki, bu da maliyyələşdirmə üzrə faiz ödənişlərinin olmayacağı deməkdir. AİŞ-in layihədə iştirakının orta müddəti 5 ildən 7 ilə qədərdir.

Bundan əlavə, AİŞ maliyyə modellərinin inkişafına, bazarın təhlilinə və təşkilati məsələlərə kömək edə, xarici tərəfdaşların və investorların cəlb edilməsində yardımçınız ola bilər. AİŞ yalnız yeni layihələrə deyil, həm də Azərbaycanın qeyri-neft sektorundakı mövcud şirkətlərin fəaliyyətinin genişləndirilməsinə və inkişafına investisiya qoymağa hazırdır.

AİŞ-lə əməkdaşlığa başlamaq üçün yalnız layihəniz üçün iş planı təqdim etməlisiniz. İşbirliyində maraqlı olanlar AİŞ-in veb səhifəsi ilə və ya 012 488 80 10 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Suallarınızı info@aic.az elektron poçtu ilə də göndərə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sahibkarlıq fəaliyyətini dəstəkləmək və genişləndirmək və qeyri-neft sektorunun inkişafı məqsədi ilə yaradılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest