Azərbaycan indiki halda ABŞ üçün hansı əhəhimiyyət kəsb edir?- RƏSMİ AÇIQLAMA

Azərbaycanı yaxın onilliklərdə Avropanın enerji təhlükəsizliyini dəstəkləyəcək Cənub Qaz Dəhlizinin inşasının başa çatması münasibətilə təbrik edirəm”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ADA Universitetində “Regional enerji təhlükəsizliyi” mövzusunda keçirilən simpoziumda çıxış edərkən deyib.

Səfir vurğulayıb ki, Cənub Qaz Dəhlizi Azərbaycanı və SOCAR-ı ABŞ-ın bir çox müttəfiqi və tərəfdaşı üçün enerji təhlükəsizliyinin ön sıralarına çıxarır.

ABŞ hökumətinin bu layihəni dəstəklədiyini söyləyən Litzenberger Amerika şirkətlərinin bərpa olunan enerji mənbələrini bazara çıxarmaq üçün Azərbaycanla əməkdaşlığa hazır olduğunu söyləyib:

“Enerji potensialı artdıqca, Azərbaycan bölgədə və beynəlxalq aləmdə enerji təhlükəsizliyi məsələsində vacib bir oyunçu olaraq əhəmiyyətini artırır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest