Azər Qərib turizm sektorundakı iyrənclikləri saydı

Son günlər Azərbaycanda turizm sektorunda olan bəzi iaşə obyektlərinin tətbiq etdiyi qaydalar müştərilər tərəfindən narazılığa səbəb olur. Restoranların şortik geyinənləri içəri buraxmaması, otellərin nikah kağızı tələb etməsi kimi qeyri-standart qaydalar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır və müzakirələrə gətirib çıxarır.

Tez-tez bölgələrə səfər edən jurnalist Azər Qərib də məsələ ilə bağlı təəssüratını paylaşıb. O bildirib ki, obyektlər vahid qiymətlə yox, müştərinin sosial statusu və maddi vəziyyətindən asılı olaraq göstərdikləri xidmətə görə qiymət təyin edirlər:

“Halal arvadı ilə gələnə bir qiymət, haram məşuqəsi ilə gələnə başqa qiymət. “Jiquli” ilə gələnə bir qiymət, “Bentley” ilə gələnə digər qiymət. Şortiklə gələnə əlavə ödəmə…Ərəblərin isə ümumiyyətlə, mərhəmətə zərrə qədər də şansları yoxdur, tanış gəlir?

Bəli, Azərbaycanın bir çox restoran və kafelərində menyu söhbəti yoxdur, ələlxüsus, bölgələrdə. Ofisiantlar gələn müştərini gözləri ilə skan edirlər. Harada işləyir, maaşı nə qədərdir, “konvert”də nə qədər alır, neçə faiz “otkat”la işləyir, öz pulunu xərcləyir, yoxsa əxlaqlarında ciddi problemləri olan bu qızları qayınatasının puluna yedizdirir?! Dərhal beyinlərində növbəti qurbanın vergi deklarasiyasını doldururlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest