Avropa rus kömüründən və neftindən imtina edir – Tarix açıqlandı

Avropa İttifaqı (Aİ) ölkələri bu yay Rusiyadan kömür idxalından, ilin sonunda isə Rusiyadan neft idxalından imtina edəcək.
Bu açıqlamanı Almaniya kansleri Olaf Şolz “Indian Express”ə müsahibəsində verib.
Bundan əlavə, Aİ Rusiya qazının idxalını kəskin şəkildə azaltmağa hazırlaşır. Şolz qeyd edib ki, bir çox ölkə Rusiya enerji daşıyıcılarına qarşı sanksiyalara qoşulub.
Daha əvvəl Almaniya kanslerinin iqtisadi məsələlər üzrə köməkçisi Yorq Kukis bildirmişdi ki, ölkə Rusiya neftinin idxalına qoyulan embarqoya qoşulmağı planlaşdırır. Eyni zamanda o, Berlinin bu addıma hazırlaşmaq üçün vaxta ehtiyacı olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest