Avroliqada finalçılar müəyyənləşdi

Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Cavab oyunlarının ikisi də eyni gündə keçirilib. “Leyptsiq” ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi  “Reyncers”lə bu dəfə Şotlandiyada üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Reyncers” iki oyunun cəmində 3:2 hesabı ilə qalib gələrək finala adlayıb. 

İlk görüşdə “Vest Hem”ə 2:1 hesabı ilə qalib gələn “Ayntraxt” isə İngiltərə təmsilçisini doğma meydanda qəbul edib. Frankfurt klubu minimal hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib. 

Bununla da Avropa Liqasında 2021/22 mövsümünün həlledici oyununda “Reyncers” “Ayntraxt”la qarşılaşacaq. Mayın 18-i Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

UEFA Avropa Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00. “Reyncers” (Şotlandiya) – “Leyptsiq” (Almaniya) – 3:1

Qollar: Tavernier, 18, Kamara, 24, Lundstram, 80 – Nkunku, 70

Baş hakim: Artur Diaş (Portuqaliya)

Qlazqoda, “Aybroks” stadionu

İlk oyun – 0:1

23:00. “Ayntraxt” Frankfurt (Almaniya) – “Vest Hem” (İngiltərə) – 1:0

Qol: Borre, 26

Qırmızı vərəqə: Aaron Kressuell, 19 (“Vest Hem”)

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Frankfurt, “Frankfurtştadion”

İlk oyun – 2:1

FİNAL

18 may

23:00. “Ayntraxt” (Almaniya) – “Reyncers” (Şotlandiya)

İspaniya, “Ramon Sançes Pisxuan” stadionu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest