Almaniyada keçiriləcək futbol üzrə 2024-cü il Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb.
UEFA-nın rəsmi saytı xəbər verir ki, turnirin açılış oyunu iyunun 14-də Münhendəki “Alyans-Arena”da keçiriləcək.
Final qarşılaşması isə iyulun 14-də Berlindəki “Olimpiaştadion” arenasında gerçəkləşəcək.