Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

Mingəçevirdə atası tərəfindən işgəncələrə məruz qalan 19 yaşlı psixoloji məhdudiyyətli qız həkim nəzarətinə götürülüb.

Bizim.media.az-ın məlumatına görə, atası tərəfindən günlərlə həyətdə bağlı saxlanılan 2003-cü il təvəllüdlü Bədəlova Nuranə Elman qızı hüquq-mühafizə orqanlarının prosesə müdaxiləsi nəticəsində həkim nəzarətinə götürülüb.

O Şəki Ruhi Əsəb Xəstəlikləri Dispanserinə yerləşdirilib.

Qeyd edək ki, ata 2003-cü il təvəllüdlü qızı – Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış. Ailəyə yaxın şəxslərin dediyinə görə, qız evdə nadinclik, nəzarətsiz hərəkətlər edirmış. Alınan operativ məlumat əsasında hüquq-mühafizə orqanları övladına ağlasığmaz işgəncə verən ata Elman Bədəlovu saxlayaraq istintaqa cəlb edib.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest