Arutyunyan başından böyük qələt etdi

“Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlar davam edir və gündəliyində heç bir dəyişiklik yoxdur”.

Bakuexo.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki,bu sözləri separatçıların rəhbəri Arayik Arutyunyan 44 günlük müharibənin iştirakçıları ilə görüşündə bildirib.

Arayik başından yekə danışıb. Deyib ki, “Vəziyyətin dəyişməsindən asılı olmayaraq münaqişənin həll formatı və məntiqinin eyni qaldığını qeyd etməliyəm. Müzakirə prosesinin gündəmində xalqların öz müqəddəratını təyin etmə haqqı əsas istiqamətdir və onun həyata keçirilməsi uğrunda mübarizə davam etdirəcəyik. Biz ərazi bütövlüyümüzün bərpası(!) üçün danışıqlar prosesini və sülh mübarizəsini davam etdirəcəyik. Ola bilsin ki, lakin bu mübarizəmiz onilliklər boyu davam etsin”.
Arutyunyan onu da deyib ki, “44 günlük müharibə zamanı ordu və könüllülər yaxşı vuruşdu. Ancaq qüvvələr qeyri-bərabər idi. Türkiyə, Pakistan və İsrail Azərbaycana kömək etdi. Hər gün onlarla təyyarə müasir silahlar gətirirdi. Bizim nəyimiz vardı? Tək idik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest