“Arutyunyan Ağdərədə inşa olunan 400 nəfərin işləyəcəyi emal müəssisəsində olub”-“Sputnik Armeniya”-FOTO

“Qarabağ separatçıların rəhbəri Arayik Arutyunyan sentyabrın 12 -də Martakertə (Ağdərə) rayonuna səfər edib. O, burada aparılan quruculuq abadlıq işləri və yeni tikilən emal müəssisəsində işlərin gedişatı ilə tanış olub”.

Bakuexo.az xəbər verir ki, bu sətirlər “Sputnik Armeniya” saytından götürülüb. Nəşr daha sonra yazır:” Bu layihəni həyata keçirən şirkət müharibədən sonra ən böyük sərmayəçi olacaq (Layihənin dəyəri bir neçə milyon dollar olduğu təxmin edilir). Plana görə, filiz hasilatına üç aydan sonra başlanacaq. Bu da 400 yeni iş yerinin açılmasına imkan verəcək.
Səfər zamanı Arutyunyan yerli nümayəndələrlə birlikdə maaşların, müavinətlərin artırılması, tikinti və kənd təsərrüfatı işlərinin gedişatını müzakirə edib.

Arutyunyan bildirib ki, gələn il yolların asfaltlanması üzrə işlərə başlanacaq. Bundan əlavə, suvarma şəbəkəsi bərpa olunacaq və genişləndiriləcək ki, bu da yeni üzüm bağları və nar bağlarının yaradılmasına imkan verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest