Aram Orbelyandan ŞOK AÇIQLAMA: “Gorus-Qafan yolu Azərbaycan ərazisidir”

“Təəssüf ki, bizim hökumət Gorus-Qafan dövlətlərarası yolunun Azərbaycan ərazisi olduğunu bəyan edir”.

“news.am” xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə erməni mütəxəssis Aram Orbelyan səsləndirib.

Yolun Şahverdilər (Vorotan) kəndi ərazisinə düşən hissəsində Azərbaycan postunun qurulmasına toxunan Aram  belə deyib:
 
“Azərbaycan öz addımları ilə nümayiş etdirir ki, bu ərazi onlara aiddir. Ermənistan bununla bağlı etiraz etməlidir. Amma Paşinyan bildirib ki, həmin zona Azərbaycan torpaqlarıdır. Yəni, İrəvan həmin torpaqların Azərbaycana aid olmasını gizlətmir və bildirirlər ki, o ərazini rus sərhədçiləri qoruyacaq”. Bizim.Media. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest