AQTA-nın Göyçay fermerləri ilə SERTİFİKAT problemi davam edir

Payız-qış mövsümündə süfrələrin bəzəyi xurmadır. Bir sıra bölgəmizdə mövsümlə bağlı sözügedən məhsulun yığımı, satışı və ixracına demək olar ki, son verilir. 

Bəs, məhsuldarlıq, satış və ixrac hansı vəziyyətdədir?

Göyçay ərazi nümyəndə rəhbəri Aydın Əliyev deyib ki, bu il məhsuldarlıq 160 sentiner olub və 2400-2500 ton xurma ixrac ediləcəyi gözlənilir:

“Meyvə bağımız 25 hektar artaraq 180 hektar olub. Amma yeni bağ olduğu üçün hələki məhsul vermir. Keçən il Göyçayda 155 hektar xurma bağı bar verib, 2170  ton xurma ixrac edilib. Ümumi məhsuldarlıq isə 140 sentiner olub. Məhsul yalnız Rusiya bazarlarına, konkret desək Sankt-Peterburq, Samara, Novosibirsk və digər şəhərlərə ixrac olunur. Ötən il bir yeşik xurma (9-10 kq) 12 manata, bu il isə 7 manata təklif olunub”. 

Aydın Əliyev qeyd edib ki, hazırda ən böyük problem məhsulun Rusiya bazarlarına  satışa çıxarılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sertifikat almasıdır:

“Agentlik 1 hektardan az olan məhsula sertifikat vermir. Düzdür, bu il xurmanın pomidordan fərqli olaraq Rusiya bazarlarına çıxarılmsı üçün heç bir əngəl olmadı. Həm xurma sərhəddə həftələrlə gözləyə bilir. Pomidorla bağlı isə sertifikat problemi davam edir”.Bizim.Media.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest