Aparıcı Vüsalədən yerinə gətirilən İlhaməyə: “Ümid edirəm, mənə qoyulan qadağalar sənə qoyulmaz” – FOTO

Aparıcı Vüsalə Kərimova çalışdığı “Xoş beş” verilişindən ayrılıb.

Kərimova bu barədə sosial media hesabında məlumat paylaşıb.

Bir neçə gün öncə ARB TV-də kollektivlə fotosunu paylaşan Vüsalə “yenidən salamlaşmaq üçün vidalaşırıq” sözlərini qeyd edib.

Ötən gün isə “Xoş beş” verilişində efirə çıxmayan Vüsalənin əvəzinə aparıcı İlhamə Bədəlova və aktyor Məcid Hüseynov gətiriliblər.

Vüsalə İ.Bədəlova ilə bağlı paylaşım edərək ona uğurlar diləyib.  

“Sizə uğurlar olsun, həyatım. Sən yaxşı dost və peşəkar insansan. Ümid edirəm, mənə qoyulan qadağalar sənə qoyulmaz”, – deyə Kərimova əlavə edib.

Qeyd edək ki, İlhamə Bədəlova eyni zamanda “Həkimsən” verilişinə də aparıcılıq edir. 

Sözügedən fotoları təqdim edirik:

Dilşad Bəhruzqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest