Aparıcı ölkələrin liderləri 3 günlüyə İngiltərəyə toplaşırlar

Dünya liderləri bu gündən İngiltərədə G7 zirvəsinə toplanıblar.
3 gün davam edəcək sammitə qatılanlar arasında ABŞ prezidenti Co Bayden, Almaniyanın Federal Kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron da var. Bu ilki toplantının əsas mövzusu isə COVİD-19-a qarşı mübarizə olacaq. Müzakirə ediləcək məsələlər içində iqlim dəyişikliyi və ticarət də yer alır.
Həmçinin, Baydenin İngiltərənin baş naziri Boris Conson və Avropa Birliyi nümayəndələri ilə görüşəcəyi gözlənilir. Şənbə günü səhər isə qonaq ölkələrlə rəsmi görüşlər başlayacaq. Məlumata görə, görüşlərin çoxu qapalı keçiriləcək.
Qeyd edək ki, G7 ölkələri ABŞ, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və Kanadadır. Bu ölkələr öz demokratik prosesləri olan ayrı millətlərdən ibarət olduğuna görə, G7 zirvəsində heç bir qanun qəbul edə bilmirlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest