Ankaradan Afinaya JEST

Türkiyə Aralıq dənizində Yunanıstanla problemlərin sülh yolu ilə həllinə sadiqdir və Yunanıstan tərəfini məsələlərin həlli üçün Ankarada keçiriləcək görüşə dəvət edir.

Bu açıqlama ilə Türkiyə milli müdafiə naziri Hulusi Akar çıxış edib.

“Biz bütün təxribatlara baxmayaraq, görüşməyi, məsələləri sülh yolu ilə həll etməyi, etimadın yaradılması üçün tədbirlər görməyi təklif edirik. Biz istəyirik ki, görüşlər müzakirə olunsun, problemli məsələlər öz həllini tapsın. Bütün dediyimiz budur. Bütün sülhsevər yanaşmamıza baxmayaraq, hava məkanımızı, ərazi sularımızı pozmaqda davam edirlər”, – Akar vurğulayıb.

Qeyd edək ki, bundan öncə Akar açıqlamasında yunan tərəfinin bəzi adaları qanunsuz olaraq satışa çıxardığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest