Amerikaya köçən keçmiş aparıcısı Rüfət Ağayev yeni işə düzəlib.
Bu barədə aparıcı sosial şəbəkə hesabında məlumat verib.
Rüfət kostyumda selfisini çəkərək dünyaca məşhur onlayn alış-veriş şirkəti “Amazon”da işə başladığını elan edib.
“Yeni yaş, yeni iş, eyni şəhər. Zarafat bir yana, bu yeni səyahətə başlamaq üçün həyacanlıyam”, – o, paylaşdığı şəkillərə yazıb.
Qeyd edək ki, Rüfət Ağayev uzun müddət ATV kanalında həm radio, həm də televiziya aparıcısı kimi çalışıb. Sonuncu dəfə isə o “V Element” verilişində aparıcılıq edib.
Rəşad Əliyev, Bizim.Media