Amerikaya köçən keçmiş aparıcı Günel: “Ay qız, sən nə qədər yol qət etmisən!” – FOTO

“Başqa ölkəyə miqrasiya etmək böyük güc tələb edir. Yeni dünyaya inteqrasiya olmaq göründüyü kimi asan deyil. Mən özümlə və mənim kimi həyatını söküb sıfırdan quran insanlarla fəxr edirəm”.

Bu sözləri ABŞ-da yaşayan keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkə hesabında yazıb. 

Bakıda radioların birində çəkilmiş arxiv fotosunu paylaşan Günel, ABŞ-a köçəndən sonra əldə etdiyi naliyyətlərdən danışıb. 

Teleaparıcılığı sosial şəbəkə və marketinq sahəsinə dəyişən keçmiş aparıcı yazdığı fikirlərlə diqqət çəkib.

“Çalışdığım yerdə hərə özü haqda şən fakt söyləməli idi. Mənim ağlıma isə bir vaxtlar etdiyim radio, televiziya aparıcılığı düşdü. Səklimi tapıb paylaşmalı idim qrupda, və o şəkil məni düşündürdü, biraz həyacanlandırdı, biraz fəxr hissi verdi. Özümə dedim ki, ay qız, sən nə qədər yol qət etmisən!”
Qeyd edək ki, G.Hümbətova illər öncə Firuz Soliyev adlı gənclə evlənib. Cütlük bir müddət sonra ABŞ-a köçüb. Onların Jozefina adlı qızları var.

Rəşad Əliyev, Bizim.Media









Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest