AMEA-nın yeni prezidenti nə vaxt seçiləcək? – AÇIQLAMA

“Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının hesabat iclası keçirildi. AMEA rəhbərliyinə seçki ilə bağlı qərar bundan sonra verilə bilər”.

Bunu Modern.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, deputat İsa Həbibbəyli deyib. O qeyd edib ki, Rəyəsət Heyətinin seçki keçirilməsi ilə əlaqədar nə zaman toplaşacağı hələlik bəlli deyil:

“Aprelin 27-də keçirilən iclasda bütün bölmələrin hesabatı dinlənildi. Akademiyanın tarixində ilk dəfə olaraq plenar iclas şəklində proses həyata keçirildi. Bölmə rəhbərləri iclaslarda çıxış edib, problemləri qaldırdılar. Bunlar ümumiləşdirilib, Rəyəsət Heyətinə təqdim edildi, indi isə müvafiq qurumlara göndəriləcək. Akademiya prezidentliyinə seçkilərlə bağlı dəqiq məlumat yoxdur. Akademiyanın gələcəyi ilə bağlı müzakirələr ümumiləşdirilib, artıq bundan sonra seçki iclası keçirilə bilər”.

İsa Həbibbəyli özünün AMEA prezidentliyinə namizəd olmasına gəlincə, belə iddiaların doğru olmadığını söyləyib. O AMEA prezidentliyinə idda etmədiyini vurğulayıb.

Qeyd edək ki, fevral ayının 4-də Ramiz Mehdiyevin AMEA prezidenti vəzifəsindən istefa verməsindən sonra Akademiyanın rəhbəri səlahiyyətlərini müvəqqəti olaraq qurumun birinci vitse-prezidenti Arif Həşimov icra edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest