Amansızcasına qətlə yetirilən Dilaranın vəsiyyəti AÇIQLANDI – VİDEO

Keçmiş nişanlısı tərəfindən öldürülən Dilara Yıldızın vəsiyyəti açıqlanıb.

Türkiyənin Tuzla bölgəsində keçmiş nişanlısı Oktay Dönmez tərəfindən getdikləri restoranda öldürülən vəkil Dilara Yıldızın cinayətdən bir müddət əvvəl dostuna vəsiyyət etdiyi məlum olub.

Yıldız vəkil dostuna “Əgər mənə bir şey olsa, sənədlərimə siz sahib çıxın” deyib.

“Ən böyük cəza almağını istəyirəm”

Gənc vəkil üçün dünən İstanbul Vəkillər Kollegiyası önündə bir anım proqramı təşkil edilib. Anım mərasiminə Dilara Yıldızın anası Elvan Yıldız, bacısı Merve Yıldız ilə İstanbul Vəkillər Kollegiyasının başçısı Mehmet Durakoğlu, bəzi təmsilçilər, vəkillər, dostları və vətəndaşlar qatılıb.

Vida mərasimində danışan anası Elvan Yıldız “acım da, hirsim də çox böyükdür. Ən böyük cəzanı alıb, həbsxanadan çıxmamasını istəyirəm”, – deyə üsyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest