Alındakı qırışlar erkən ölüm siqnalı sayılır

İnsanlarda alın qırışları onun erkən ölümə meylli olmasının siqnallarından biridir.

Bu barədə Fransada Tuluza Universiteti Xəstəxana Mərkəzinin alimlərinin apardıqları uzunmüddətli araşdırmalarından məlum olub.

Tədqiqatda 32-62 yaş arası 3200 insan iştirak edib. Təcrübə 20 il davam edib. Bu müddət ərzində 233 nəfər dünyasını dəyişib.

Təcrübədən keçən hər bir şəxsə 0-3 arası bal verilib; ən aşağı rəqəm tamamilə qırışsız, ən yüksək isə çoxlu dərin qırışları olanlara verilib.

Mütəxəssislərin əldə etdiyi statistik məlumatlara görə, alnında daha çox qırış olan insanların, ümumiyyətlə qırışları olmayanlara nisbətən ömrü daha qısa olub. Belə ki, 2-3 bal verilən insanlarda erkən ölüm 0 bal toplayan insanlardan 10 dəfə çox olub.

Eksperimentdə yaş, cins, təhsil, siqaret, qan təzyiqi, diabet, qan lipidlərinin səviyyəsi və sair nəzərə alınıb.

Alimlər bunu dərin və çoxsaylı qırışların insanların ürək-damar xəstəliklərinə meylindən xəbər verməsi ilə izah ediblər. Onlar bunun qırışlar və ölüm arasındakı əlaqəni izah edə biləcəyinə inanırlar.

Mənbə: Medik Forum

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest