Alimlər koronavirusun “delta” ştammından qorunmağın çarəsini tapdılar

Tayland Qırmızı Xaç Cəmiyyəti, həmçinin Milli Genetik Mühəndisliyi və Biotexnologiya Mərkəzinin tədqiqatçıları “AstraZeneca” və “Sinovac” peyvəndlərinin birləşməsinin koronavirusun “delta” ştammından qoruduğunu aşkar ediblər.

Bu barədə “Thai PBS” telekanalı məlumat verir.

Mütəxəssislər müxtəlif dərman birləşmələrinin bir neçə sınağını aparıblar.

Məlum olub ki, “Sinovac” peyvəndinin ikiqat tətbiqinin ardınca “AstraZeneca” inyeksiyası edildikdə, bədən “delta” ştammına müqavimət göstərəcək qədər anticisim istehsal edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest