Ailəsini dolandıra bilməyən işsiz QAZİ nicatı İNTİHARDA GÖRDÜ

Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ü.İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.Məsələ ilə bağlı Azxəbər.com Ülvi İsgəndərovun atası İsfəndiyar İsgəndərov ilə əlaqə saxlayıb.

Qazinin intiharı ilə bağlı danışan atası onun işlə bağlı problemləri olduğunu bildirdi:“Neçə müddətdir ki, işsiz idi. Oğluma iş vermirdilər, müraciət etmədiyi yer qalmamışdı. Kənd İcra Nümayəndəliyindən tutmuş hər yerə müraciət etmişdi, müraciətimizə baxmadılar. Yəni, iş problem var idi, sonda da belə oldu”.Sayt məsələylə bağlı Yuxarı Ləki kəndinin İcra Nümayəndəsi Müşviq Hüseynov ilə də əlaqə saxlayıb.

O isə işlə bağlı hər hansı müraciətin olmadığını bildirib:“Hadisə baş verib, indi araşdırma aparılır. Bizə hər hansı müraciətləri olmayıb. Hansı səbəbdən intihar etdiyi haqda məlumatımız yoxdur. Araşdırılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest