AİLƏ FACİƏSİ: Ər arvadını güllələyib öldürdü, sonra isə…

Ər arvadını qətlə yetirib intihar etdi.

Türkiyə mətbuatı xəbər verir ki, hadisə Ərzurumda baş verib.

Aralarında yaranan mübahisə zamanı 37 yaşlı Yunus Karataş 35 yaşlı həyat yoldaşı Hatice Karataş tapançadan atəş açıb. Daha sonra isə həmin silahla özünü vuraraq intihar edib.

Qonşular xəbər verdikdən sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadası gəlib. Yunus Karataş hadisə yerində keçinib. Xəstəxanaya çadrılan Xədicə Karataşın isə həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, cütlüyün 3 oğlan övladları var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest