“Aftoşluq” 12 yaşlı uşağın ölümünə səbəb oldu

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Şahidlərin bildirdiyinə görə, hərəkətdə olan “Mercedes“ markalı avtomobillə “VAZ 2107” markalı avtomobil iti sürətlə yarışıb. İdarəetməni itirən “Mercedes”in sürücüsü anasının yanında velosiped sürən 2010-ci il təvəllüdlü Quluzadə Balabəy Mahir oğlunu vurub.
Qəza nəticəsində azyaşlı hadisə yerində dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, avtomobil Günəşov Asif  Qurban oğluna məxsus olsa da, hadisə zamanı onun sükan arxasında  olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest